Orta Asiyaya narkotik daşıyan kriminal avtoritet narkobaron Soroka Misirdə yaxalandı - VİDEO

Qırğızıstana narkotik tədarükü edən kriminal avtoritet Misirdə həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, Jora Daşkəndski və Soroka ləqəbləri ilə tanınan cinayətkar avtoritet, narkobaron Georgi Sorokin Misirdə yaxalanıb. O, cinayətkar iş mexanizm təşkil etdiyinə və Orta Asiyaya narkotik tədarük etdiyinə görə beynəlxalq axtarışda idi.

54 yaşlı Sorokin uzun müddət qanundan qaçaq düşmüşdü və İnterpol tərəfindən axtarışda idi. O, MDB ölkələrində şantaj, soyğunçuluq, qanunsuz silah və narkotik ticarəti də daxil olmaqla ağır cinayətlər törətməkdə ittiham olunur.

Son illərdə o, Dubayda yaşayırdı və saxta pasportla səyahət edirdi. Özbəkistan Daxili İşlər Nazirliyi və xarici hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində o, Şarm əl-Şeyxdə saxlanılaraq sonrakı məhkəmə prosesi üçün Daşkəndə ekstradisiya edilib.

Stopnarkotik.az