Qazaxıstanın Almatı şəhərində və vilayətində polis narkotik vasitələrin satışı üçün internet mağazası təşkil edən qrupun 11 iştirakçısını saxlayıb.
Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun təşkilatçıları, operatorları və qanunsuz fəaliyyətin maliyyə təminatını həyata keçirən şəxslər daxil olmaqla 11 iştirakçısı saxlanılıb", - məlumatda bildirilib.
Qurumun məlumatına görə, qanunsuz dövriyyədən təxminən 3 kq sintetik narkotik vasitə, habelə cinayətkar sxemin koordinasiyası üçün istifadə edilən rabitə vasitələri, bank kartları və rəqəmsal daşıyıcılar götürülüb.
Məhkəməyəqədər istintaq başlanılıb.