Ölən anasını 5 il evində saxladı - SƏBƏBİ...

Yaponiya polisi 60 yaşlı kişini anasının cəsədini 5 il evində gizlətməkdə şübhəli bilinərək həbs edib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Osaka şəhərində qeydə alınıb.

Hadisə maraqlı şəkildə üzə çıxıb. Belə ki,  polis Katsunori Onada adlı kişini məhəllədəki mübahisə ilə bağlı sorğu-sual edərkən, o, məmura anasının vəziyyətini danışıb. Katsunori polisə "Bir gün anam yeməyini dayandırdı və öldü, onu evdə tək buraxdım. Çünki dəfn işlərinin problem olacağını düşündüm", - deyib. 

Polis, Onadanın anası Tomikonun 2019-cu ilin sentyabr ayının ortalarında öldüyünü və meyitini evlərinin ikinci mərtəbəsindəki yataq otağında divanda qoyduğunu açıqlayıb. 

Polis hadisə ilə bağlı ətraflı araşdırmalara başlayıb.