Öldüyü iddia edilən kişi meyitxanada yarılanda ayıldı

Patoloqlar ölmüş adamın yarılmasına başlayıblar, kişi qəfildən dirilib.

Stopnarkotik.az xarici mediyaya istinadən bildirir ki, hadisə İspaniyada baş verib.

Yerli sakinlərdən biri uzun müddətdir görmədiyi qonşusundan narahat olduğu üçün xilasetmə xidmətlərinə müraciət edib. Göstərilən ünvana təcili yardım və polislər göndərilib. Kilidli mənzilə daxil olanda ev sahibinin yerdə uzandığını görüblər. O, heç bir həyat əlaməti göstərməyib. Hadisə yerinə məhkəmə-tibb ekspertinin də daxil olduğu məhkəmə komissiyası cəlb edilib.

Mütəxəssislər onu yarılmaq üçün meyitxanaya göndərmək qərarına gəliblər. Orada patoloqlar "canlanan" adamı yarmağa başlayıblar. Kişinin ayılması   hər kəsi şoka salıb.