Oğuz sakini metamfetaminlə tutuldu

Oğuz rayon sakinindən metamfetamin götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Keçirilən əməliyyat zamanı üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən rayon sakini Taleh Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.