Nyu York məhkəməsi çətənə satan apteklərin açılmasını qadağan edib. Stopnarkotik.az bildirir ki, şəhər məhkəməsi dövlət qurumunda sözügedən məsələyə dair tənzimləyiciyə pərakəndə satış lisenziyaları vermək prosesini başlatmağa icazə vermir.
2021-ci ilin aprel ayında Nyu-Yorkda tibbi məqsədlər üçün çətənə satışı leqallaşdırılıb. Həmin vaxtdan keçən bu müddət ərzində 20-yə yaxın xüsusi aptek açılsa da, qeyri-leqal qara bazar da sürətlə böyüyüb.
Nyu Yorkda çətənə leqallaşdırıldıqdan sonra lisenziyaların alınmasında əvvəllər bu narkotiklə bağlı məhkum olunmuş şəxslərə üstünlük verilib.
Lakin “Əlil Veteranlar Cəmiyyəti”nin fikrincə, bu qərar konstitusiyaya ziddir və onların hüquqlarını pozur. Nəticədə onlar məhkəmədə iddia qaldırdılar və qalib gəldilər ki, bu da yeni lisenziyaların verilməsinə mane oldu.
Stopnarkotik.az