Nüvə silahından istifadə təhlükəsi realdır və belə bir vəziyyətdə hökumətin əsas tapşırığı ölkəni qorumaqdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentin plenar sessiyasında illik hesabatını təqdim edərkən deyib. O, Ukraynadakı müharibənin sadəcə regionun deyil, bütün dünyanın problemi olduğunu deyib:
“Biz qaydalara əsaslanan beynəlxalq nizamın dəyişdiyini görürük və faktiki olaraq nüvə silahından istifadə təhdidi realdır. Belə bir vəziyyətdə Baş nazir olaraq mənim əsas qayğım, hökumətin əsas tapşırığı ölkəmizi və xalqımızın maraqlarını qorumaq, ən vacibi isə bu vəziyyətdə güclü iqtisadi inkişafı saxlamaqdır”, - Qaribaşvili deyib./apa