Bundesliqa təmsilçilərindən "Borussiya Dortmund" baş məşqçisi Nuri Şahinlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi Nuri Şahini Çempionlar Liqasının "Bolonya" ilə matçından (2:1) sonra istefaya göndərib.
Bu, Almaniya klubunun ardıcıl 4-cü məğlubiyyəti olub.
Xatırladaq ki, türkiyəli mütəxəssis 2024-cü ilin iyun ayından komandanı çalışdırırdı.