Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar - ARALARINDA KEÇMİŞ MƏHBUS DA VAR

Nəsimi rayonu ərazisində içərisində 250 manat dəyərində geyim əşyası və 650 manat pul vəsaiti olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı S.Qasımova müəyyən olunaraq saxlanılıb.

Həmçinin rayon ərazisində yerləşən kafelərin birindən mobil telefon və 500 manat oğurlamaqda şübhəli bilinən 39 yaşlı K.Dadaşovun və bir nəfərin bank kartından 100 manat oğurlamaqda şübhəli bilinən 20 yaşlı M.Qurbanovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.