Nigerdə dünənki çevrillişin məqsədi nə idi? - NARKOTRAFİKƏ NƏZARƏT, YOXSA URAN?

Xatırlayırsınızsa dünən “Vaqner” muzdlu ordusunun Nigerdə hərbi çevriliş etdiyi barədə xəbər dünya gündəminə damğa vurdu.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, bir qrup əsgərin prezident Mohamed Bazoumun artıq istefaya göndərdiyi açıqlanmışdı. Həmçinin Mərkəzi Afrika Respublikasının yüksək rütbəli rəsmiləri və hərbçiləri Niger və Malidən olan həmkarları ilə birlikdə “Vagner” ilə əməkdaşlığı davam etdirəcəklərini qeyd ediblər. Bu o anlama gəlir ki, Fransa Nigerdən də çıxarılır. İddialara görə Rusiya bununla da özünə yeni enerji resursları əldə etmiş olacaq. Bəllidir ki, Niger nəhəng uran ehtiyatlarına sahibdir və dünya gücləri bu uranın uğrunda mübarizə aparır. Amma məsələ yalnız urandan ibarət deyil. Məsələ daha çox narkotrafikdədir.Belə ki, Nigeriyanın Beninlə sərhəddində, çayın sol sahilində yerləşən Qaya şəhəri tədricən qayıqlardan istifadə edərək çay vasitəsilə Nigerə gətirilən genişmiqyaslı narkotik ticarətinin mərkəzinə çevrilir. Narkotiklər daha sonra motosikletçilər tərəfindən qaçaqmalçılıq yolu ilə Nigeriyaya və ya ölkənin daxili ərazilərinə aparılmazdan əvvəl qonşu kəndlərdə saxlanılır.

Hətta Nigerin “Mərkəzi Narkotiklərə Nəzarət İdarəsi” (OCRTIS) bu yaxınlarda Benin və Nigeriya ilə həmsərhəd olan Dosso bölgəsində yerləşən Qaya bölgəsindı böyük narkotik maddə yükünün ələ keçirildiyini elan etdi. Əməliyyat zamanı “OCRTIS”in yerli bölməsi tərəfindən ümumi çəkisi 812,5 kq olan 36 milyon 680 min CFA frankı məbləğində 917 blok marixuana müsadirə edildi.

“Mərkəzi Narkotiklərə Nəzarət İdarəsi”nin (OCRTIS) zabiti Almoktar Abdoulayenin sözlərinə görə, əməliyyat zamanı narkotik şəbəkəsinin üç üzvü həbs edildi ki, onların hamısı Nigeriya vətəndaşıdır.

Müsadirə edilən narkotik vasitələrin əksəriyyəti yerli istehlak üçün nəzərdə tutulubmuş. Əməliyyat Benin və Niger arasında fəaliyyət göstərən narkotik ticarəti şəbəkəsi haqqında məlumatdan istifadə edildikdən sonra həyata keçirilib.

Beləliklə,  hər zaman istənilən hadisənin əsas halqası narkotrafikə nəzarətdir.

Stopnarkotik.az