Neftimiz 141 dolları keçdi - Rekorda yaxınlaşırıq, amma

İrandakı münaqişə səbəbindən neft qiymətləri durmadan dəyişir.

Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 10,89 dollar və ya 8,33% artaraq 141,68 dollara çatıb.

Türkiyənin Ceyhan limanında Azərbaycan neftinin qiyməti FOB-da qiyməti 11,07 dollar və ya 8,92% artaraq bir barel üçün 135,15 dollara çatıb.

İyun ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti isə 141,37 dollar olub. Xatırladaq ki, bu il dövlət büdcəsində Azərbaycan neftinin proqnoz qiyməti 65 dollardan götürülüb. Deməli, neftlə bağlı proqnozdan iki dəfədən də artıq vəsait daxil ola bilər.

Azeri Light markalı xam neftin minimum qiyməti 21 aprel 2020-ci ildə pandemiya səbəbindən 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 dollar qeydə alınıb. Göründüyü kimi, rekord qiymətə çatmğa cəmi 8 dollar qalır.

Lakin təbii ki, bu bahalşma müharibə və qeyri-sağlam iqtisadi mühitlə bağlıdır. Eyni zamanda, neftin bahalaşması ölkə büdcəsinə əlavə gəlirlər gətirsə də, Azərbaycan ixracdan həddindən artıq asılı ölkə olduğundan dünya bazarında bütün ərzaq və digər məhsulların bahalaşması nəticəsində xeyirlə yanaşı, xeyli ziyan da görəcəyik…/azpolotika.info