Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Adil qızı Əsədova işdən çıxarılıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Zemfira Əsədova öz ərizəsi ilə 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilib.
Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib.
175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib.
Qeyd edək ki, Zemfira Əsədova sözügedən bağçada 20 ildən çox müdir olub./"qaynarinfo"