Nazarbayevin qardaşı oğlunun xanımı 12 il müddətinə həbs edildi

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının həyat yoldaşı Gülmira Satıbaldı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Stopnarkotik.az “Sputnik-Kazakhstan”a istinadən xəbərinə görə, məhkəmənin qərarı ilə onun əmlakı da müsadirə olunacaq.

G. Satıbaldı hədə-qorxu ilə tələb etmə, özbaşınalıq və qanunsuz olaraq azadlıqdan məhrumetmədə ittiham olunur. Bu cinayət işində adı hallanan Madi Batırşayeva isə 9 il həbs cəzası alıb.

Qeyd edək ki, avqustun 16-da onun həyat yoldaşı Kayrat Satıbaldının barəsində çıxarılmış 6 il həbs cəzası şərti hesab edilib və O, azadlığa buraxılıb.