Daxili İşlər Nazirliyi (DİN) ümumbəşəri bəla olan narkotik vasitələr və onların doğurduğu fəsadlar barədə növbəti maarifləndirici videorolik hazırlayıb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rolik “Sağlam gələcək naminə narkotiklərə yox de!" devizi altında insanları, xüsusən gəncləri bu vərdişlərdən uzaq olmağa səsləyir.
"Antinarkotik təbliğatda fəal dəstək göstərəcəyinizə inanaraq öncədən hər birinizə təşəkkürümüzü bildiririk", - məlumatda qeyd olunub.