Ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotiklərin satışı ilə əlaqədar 105 fakt üzrə artım qeydə alınıb; qrup halında olan cinayətlərin sayı isə 4 fakt üzrə çoxalıb.
2024-cü ilin yanvar-aprel aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2150 nəfər cəlb edilib. Həmin şəxslərdən 2090-ı kişi, 60-ı qadındır. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır. Hansı ki, onlardan ümumilikdə 99 kq 587,468 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 74 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 777 kq 612,157 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb.
Ümumilikdə, aşkar edilən cinayətlərin 84-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 579 kq 340,76 qr narkotik vasitə və psixotrop maddə və 4,6 qr güclü təsir edən maddə müsadirə edilib. 717 cinayət faktı əvvəllər məhkum olunan şəxslər tərəfindən törədilib və onlardan 401 kq 714,9 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 196, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 261, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25, digər növ cinayət faktların sayı 27 hal üzrə azalıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 849 kq 469 qr, məsuliyyətə cəlb edilən şəxslərin sayı isə 407 nəfər azalıb.
Narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 105 fakt, qrup halında olan cinayətlərin sayı isə 4 fakt üzrə artmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 27180 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 835 nəfərdən 562 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 4 ay ərzində İİV-ə 536 nəfər yoluxmuşdur. Onlardan 526 nəfəri Azərbaycan vətəndaşı, 10 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (6,3%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.
“802” qaynar xətt telefon zəng xidmətinə 148 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 53-ü narkotik asılılıqdan müalicə, 48-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur.
Stopnarkotik.az