Daşkənddə narkotik satışı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, əməliyyat zamanı kirayə mənzili narkotik anbarına çevirən bir nəfər saxlanılıb. Mənzildə 200 kiloqramdan çox preqabalin və 10 kiloqramdan çox tropikamid adlı güclü təsir edən dərmanlar aşkarlanıb.
Bildirilir ki, saxlanılan şəxs cinayətkar qrupun rəhbəri olub. İddiaya görə, qrup Teleqram üzərindən yaratdıqları narkotik mağazası ilə il ərzində 80 kiloqrama qədər güclü təsir edən maddə satıblar. Ümumilikdə isə qrupun 8 üzvü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb və onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.
Stopnarkotik.az