Meksika narkotik kartelinin Avropa bölməsinin rəhbəri Los Zetas İspaniyada həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat yayıb.
Bildirilir ki, “Səid” ləqəbli 54 yaşlı lider Mərakeş əsillidir. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları onun evindən 400 kiloqram kokain, 220 min avro nağd pul, iki avtomobil, on telefon və sənədləri götürüblər.