Narkotikə görə tutulan şəxs bəraət aldı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan İsa Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, məhkəmə İ. Cavadovun cinayəti sübuta yetirilmədiyi üçün bəraət verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs İ. Cavadov Cinayət Məcəlləsinin 234.4.3 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi üzrə ittiham olunub. İ. Cavadovun üzərində 20 qrama yaxın heroin aşkarlandığı bildirilib.