Narkoticarətdə dövr edən 7,2 milyon dollarlıq maliyyə müsadirə edildi

2025-ci ildə Gürcüstan Prokurorluğu cinayətkarlıq yolu ilə əldə edilmiş 19,4 milyon lari (7,2 milyon dollar) kriptovalyutanı müsadirə edib.

Vəsaitlər cəza hökmlərindən sonra çirkli pulların yuyulması işlərində müsadirə edilib.

Prokurorluq qeyd edir ki, virtual aktivlər tez-tez çirkli pulların yuyulması, kibercinayətkarlıq və narkotik ticarəti üçün istifadə olunur.

2025-ci ildə agentlik beynəlxalq onlayn platformalara və kripto birjalarına 209 sorğu göndərib ki, bu da əvvəlki illə müqayisədə 21% çoxdur. Sorğuların 87%-i təmin edilib. 

Stopnarkotik.az