Türkiyənin Konya şəhərində narkotik əməliyyatı keçirilib.
Əməliyyatda 19 şübhəlidən 18-i həbs edilib və çoxlu miqdarda narkotik maddə müsadirə edilib. Əldə edilən məlumata görə, texniki və fiziki müşahidədən sonra müəyyən edilmiş ünvanlara reydlər keçirilib. Basqın edilən ünvanlarda aparılan axtarışlar zamanı 15.783 sintetik narkotik həbi, 17.843 ekstazi həbi, 8 kaptaqon həbi, 1,2 qram metamfetamin, 5,1 qram kokain, 6,15 qram sintetik kannabinoid, 1300 qram butinika, salfetlərə isladılmış 18 ədəd sintetik kannabinoid və narkotik qaçaqmalçılığından əldə edilən gəlir olduğu düşünülən 12.845 türk lirəsi, 410 ABŞ dolları və 300 avro müsadirə edilib.
Stopnarkotik.az