"NARKOMANİYAYA YOX DEYƏK!" - Şabranda maarifləndirici tədbir keçirilib / Fotolar

Şabranda polis məktəblilərlə görüşüb.

Stopnarkotik.az xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Uzunboyad kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Həmçinin məktəblilər erkən nikahın fəsadları barədə də maarifləndiriliblər.

Eləcə də, Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Bir mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər

Bir dərs və klarnet şəkili ola bilər