Kolumbiya "Klan del Golfo" narkomafiyasının başçılarından birini - Xose Qonzales Sançesi ABŞ-a məhkəmə hüzuruna göndərir.
"Klan del Golfo" Kolumbiyada ən böyük kokain istehsalçısıdır, onlar mallarını əsasən Meksika kartellərinə satırlar və ABŞ bazarlarına göndərirlər.
Xose Qonzales Sançes Kolumbiya kartelinin rəhbəri deyil, sadəcə narkobaronun birinci müavindir. Narkomafiyanın "Əsas patron"u isə Hobanis de Jesus Avila Villadieqodur və o, hələ də tutulmayıb. Yalnız məlumdur ki, o, "Klan del Golfo" narkomafiyasının başına yalnız 2022-ci ildə, əvvəlki lider - Dairo Antonio Usuqa ABŞ-da tutularaq 45 il müddətinə azadlıqdan məhrum ediləndə keçib.
Gördüyünüz kimi, bu və ya digər "bos"un tutulması ilə bağlı nəhəng narkosənayedə çətin ki, nəsə dəyişsin. Hələ çox işlər görülməlidir, adların getməsi azdır. Lakin Trump narkotik ticarəti ilə mübarizədə hələ ki, bunları edə bilir.
Stopnarkotik.az