Türkiyəli tanınmış müğənni Işın Karaca Yunanıstana buraxılmayıb və bu ölkədən deportasiya edilib.
Bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, baş verənlərə səbəb 2024-cü ildə bu ölkənin Komotini şəhərində oxuduğu türk mahnıları olub.
"Afinaya girişimə icazə verilmədi. Səbəb odur ki, 2024-cü ildə Komotinidə "Nə mutlu türküm deyənə" və "İzmirin dağlarında çiçəklər açar" marşlarını oxumuşdum. Qızım və həyat yoldaşımı Yunanıstana buraxdılar, amma mən deportasiya edildim. Görünür, bu, milli məsələdir. İndiyə qədər gördüyüm ən absurd münasibətlə üzləşdim. Bizə bir stəkan su belə vermədilər", - deyə sənətçi bildirib.