Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclas şahid ifadələri ilə işini davam etdirib.
Salman Məmmədov şahid kimi ifadəsi zamanı qeyd edib ki, təqsirləndirilən qonşuluqda yaşayıb və normal münasibətləri olub.
"Hadisə vaxtı evdə yox idim, səhər saat 8-də oğlum zəng elədi ki, Ziyəddin yoldaşını boğub öldürüb. Sonradan qonşulardan eşitdim ki, Ziyəddin naqillə boğub yoldaşını".
İfadə verən digər şahid Seyfəddin Quliyev isə təqsirləndirilənin atası olduğunu deyib.
"Mənim gəlinim bacımın qızı olub. Ondan heç bir narazılığım olmayıb. Oğlum da ailəsi ilə normal dolanıb keçinirdi. 9 il evli olublar.
Hadisə baş verən gün Ziyəddin gəldi uşaqları gətirdi verdi bizə və dedi ki, "yoldaşım xəstədir". Sonra polislər gəldilər və onun bu hadisəni törətdiyini dedilər".
Məhkəmənin növbəti prosesi mayın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.
Gənclər yataqxanasında yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə qəsdən boğularaq öldürülməsi barədə polisə məlumat verilib.
İlkin araşdırmalarla məlum olub ki, Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən 2 ay əvvəl Bakıya gəlib.
Ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ziyəddin Quliyev hadisədən sonra polisə təslim olub.
Onun barəsində CM-in (qəsdən adam öldürmə - xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb./oxu.az