Məşhur narkobaronın oğlu təslim oldu

Meksikanın ən böyük narkotik karteli "Sinaloan"ın həmtəsisçisi 76 yaşlı İsmayıl "El Mayo" Zambada Qarsiya və məşhur narkobaron Joaquin "Shorty"  Quzmanın (El Çapo) oğlu Xoakin Quzman Lopez  ABŞ hakimiyyətinə təslim olublar.

Bu  barədə ABŞ mətbuatı məlumat yayıb.

Federal Təhqiqat Bürosu (FTB) İsmayıl "El Mayo" və Xoakin Quzman Lopezin Texas ştatının El Paso sərhəddindəki özəl hava limanında təslim olduqlarını təsdiqləyib.

Sinaloa əyalətində "Shorty" ilə birlikdə karteli quran "El Mayo" heç vaxt hüquq-mühafizə orqanlarının əlinə keçməyib. Narkotiklərlə Mübarizə İdarəsi onu  ABŞ fentanil ticarətində əsas oyunçu hesab edir.  

“El Mayo”nun həbsi ilə ABŞ səlahiyyətliləri “Shorty”nin ikinci oğlu Xoakin Quzman Lopezi də həbs ediblər. Onun qardaşı Ovidio 2023-cü ilin sentyabrında Meksikadan ABŞ-yə ekstradisiya edilib. Quzmanın daha iki oğlu, həmçinin kartelin fəaliyyətində iştirak edən “El Quano” kimi tanınan qardaşı Aureliano hələ də azadlıqdadır.