"Kızılcık Şerbeti" serialının ulduzu Doğukan Güngör ötən həftə keçirilən narkotik əməliyyatından sonra ilk dəfə hakim qarşısına çıxıb.
Stopnarkotik.az xəbər verir ki, barəsində xaricə çıxış qadağası qoyulan məşhur aktyorun prokurorluqda verdiyi ifadədə peşman olduğunu bildirib:
“Uyuşdurucu maddə istifadə etdiyimi qəbul edirəm. Bu vəziyyətə görə dərin peşmanlıq hissi keçirirəm. İctimaiyyətdən və məni sevənlərdən üzr istəyirəm; bir daha əsla bu cür maddələrin yanına belə yaxınlaşmayacağam.”
Güngör ifadəsində yalnız istifadəçi olduğunu, hər hansı “ticarət” və ya “vasitəçilik” fəaliyyəti ilə məşğul olmadığını xüsusi vurğulayıb.