MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULDU - Müdafiə Nazirliyi məlumat yaydı

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

Stopnarkotik.az xəbər verir ki, bu abrədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.