Beyrut hava limanında İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Livanın “Hizbullah” hərbi-siyasi təşkilatına yaxın “Əl Əxbar” qəzeti məlumat yayıb. Onun həyat yoldaşının da saxlanıldığı qeyd edilir.
Nəşrin məlumatına görə, saxlanılan şəxs Livanın cənub bölgələrinə səfər edib. O, İsrail kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunduğunu və Livandakı Hizbullah obyektlərinə baş çəkmək, imkan daxilində onların fotoşəkillərini çəkmək tapşırıldığını etiraf edib. Saxlanılan şəxsin həyat yoldaşı da ərinin işlərindən xəbərdar olduğunu və ona kömək etdiyini etiraf edib.
Stopnarkotik.az