Moskvanın mərkəzində atışma: yaralılar var - VİDEO

Bu gün Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Wildberries"in Moskvadakı "Romanov Dvoru" biznes mərkəzində yerləşən baş ofisində atışma olub. Şirkətin qurucusu Tatyana Bakalçukun əri Vladislav Bakalçuk binaya soxulmağa cəhd edib.

Bu barədə TASS xəbər verib.

Şahidlərin məlumatına görə, Vladislav Bakalçuka girişə icazə verilmədikdən sonra münaqişə başlayıb və atəş səsləri eşidilib. Atışma nəticəsində üç nəfər odlu silahdan yaralanıb.

Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya yerləşdirilib, ofis işçiləri isə təxliyə ediliblər.