Rusiyanın teleqram kanalları yazır ki, İsrailin Moskvadakı səfirliyi yaxınlığında aksiya keçirən 9 nəfər Fələstin tərəfdarı saxlanılıb.
Etirazçılar əllərində ölənlərin fotoşəkilləri, dağıntılarə göstərən və “Fələstin üçün yas tuturuq” şüarları olan plakatlar tutublar.
Aksiya iştirakçıları polis şöbəsinə aparılıb, barələrində “Mitinqin təşkili və ya keçirilməsinin müəyyən edilmiş qaydasının pozulması” maddəsi ilə protokol tərtib edilib.