Məmurun evindən narkotik maddə tapıldı

Ermənistan Ədliyyə Nazirliyinin Dövlət Reyestrinin Abaran Agentliyinin (İrəvan mahalında yerləşir - red.) rəhbəri Arutyun Qazaryanın evindən narkotik vasitə tapılıb.

Stopnarkotik.az erməni mediasına istinadən xəbər verir ki, Qazaryan hüquq-mühafizə orqanlarının əməkdaşlarına narkotikləri başqa şəxsdən aldığını deyib. Bundan əlavə, məmurun avtomobilindən 5 qram sarı-yaşıl rəngli kütlə, elektron tərəzi və pipetka aşkar edilib.