Məktəblilərin 1 sentyabrdan narkotik testi edilməsi təklif edilir

Qırğızıstanda 1 sentyabrdan etibarən məktəblilər və tələbələr üçün məcburi narkotik testinin tətbiqi təklif edilir.

Stopnarkotik.az xəbər verir ki, qətnamə layihəsi ictimai müzakirə üçün təqdim edilib. Layihənin təşəbbüskarları millət vəkilləri Maksat Alımbekov və Ulan Sarıyevdir. Sənəddə 9-11-ci sinif şagirdləri və universitet tələbələri üçün narkotik testinin aparılması, müsbət test nəticələrinin reyestrinin yaradılması, eləcə də laboratoriyaların hazırlanması və test sisteminin işə salınması tələb olunur.

Bişkek və Oş şəhərlərində bu istiqamətdə pilot mərhələ planlaşdırılır. Millət vəkilləri hesab edirlər ki, bu, gənclər arasında narkotik istifadəsinin azaldılmasına və təhsil müəssisələrində profilaktika səylərinin gücləndirilməsinə kömək edəcək. 

Stopnarkotik.az