Qırğızıstan ərazisindən Əfqanıstan narkotiklərini qaçaqmalçılıq yolu ilə keçirən beynəlxalq cinayətkar qruplaşmanın fəaliyyətinin qarşısı kəsilib.
Stopnarkotik.az bildirir ki, bu barədə ölkənin DİN nazirliyi açıqlama verib.
Əməliyyat Özbəkistan və Tacikistanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.
Əvvəllər dəfələrlə məhkum olunmuş 62 yaşlı xarici vətəndaş T.X.K. saxlanılıb. Ondan 51 kiloqram Əfqanıstan həşişi müsadirə edilib.
Müstəntiqlərin sözlərinə görə, saxlanılan şəxs Tacikistandan Qırğızıstana narkotik tədarükü, ardınca Özbəkistanda tranzit və paylama üzrə cinayətkar sxemin təşkilatçısı olub.
Cinayətkar qrupun bütün üzvlərinin, narkotik tədarük marşrutlarının və qanunsuz fəaliyyətlə bağlı digər halların müəyyən edilməsi üçün əlavə araşdırmalar aparılır.
Stopnarkotik.az