Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Hakim “Gürcü Arzusu” partiyasının namizədi 300 seçicidən 224 səs toplayıb.
M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
Xatırladaq ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili idi. O, 2018-ci ildən bu postda idi.
Qeyd edək ki, 53 yaşlı M.Kavelaşvili Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub. O, yığmada ümumilikdə 46 matç keçirib və bu oyunlarda 9 qol vurub. Bununla yanaşı, Kavelaşvili Tbilisinin “Lokomotiv”, Vladiqafqazın “Spartak-Alaniya”, eləcə də “Mançester Siti” və İsveçrənin müxtəlif klublarında çıxış edib.