Türkiyə Kəşfiyyatı PKK liderlərindən biri olan və İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Əli Dinçeri Suriyada öldürüb.
Stopnarkotik.az “Haber Global”a istinadən xəbər verir ki, Orhan Bingöl ləqəbli Əli Dinçer PKK/YPG-nin Cəzirədə regional komandiri olub.
O, Suriyanın Qamışlı bölgəsində həyata keçirilən əməliyyatla öldürülüb.
Məlumata görə, PKK-nın həyata keçirdiyi qanlı iğtişaşlarda iştirak edən Əli Dinçer uzun müddət Türkiyə kəşfiyyatı tərəfindən axtarışda idi.