Rostov-na-Donuda polis məmuru məhkəmə binasında kişiyə narkotik ötürməkdə şübhəli bilinir.
Stopnarkotik.az lent.az-a istinadən bildirir ki, hadisə Jeleznodorojnı rayon Məhkəməsinin binasında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, polis təqsirləndirilən şəxsə dörd növ qadağan olunmuş maddə, o cümlədən mefedron verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətində həmin şəxs bağlamaları necə aldığını izah edib.
Şübhəli şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və qadağan olunmuş maddələrin yayılması maddələri ilə cinayət işi açılıb.
Onu vəzifəsindən azad ediblər.