Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Vaqif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vaqif Abbasov barəsində ittiham məhkəmə istintaqı dövründə öz təsdiqini tapmadığı üçün barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.
Məhəmməd Əkbərov
Qeyd edək ki, Vaqif Abbasov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
Stopnarkotik.az