Hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə, demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında iyunun 27-də tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarında 3-4,8 intervalında dəyişəcək, saat 10:00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.