Meksikanın “Zeta Tijuana” qəzeti prezident Andres Manuel Lopez Obradorun hakimiyyəti dövründə həbs olunan yüksək ranqlı narkokartel fiqurlarının sayı ilə bağlı maraqlı statistika açıqlayıb. Stopnarkotik.az bu qəzetə istinadla məlum statistika haqda xəbər verir.
Statistikaya görə, ümumilikdə 80-ə yaxın adam həbs edilib. Bu siyahıda olan insanlar arasında, heç bir əhəmiyyət kəsb etməyənlər də çoxdur.
Ən məşhur fiqurlar arasında Ovidio Qusman Lopes, Erik Valensia Salazar "El 85", Xose Antonio Ortis "El Marro" və əlbəttə ki, Rafael Karo Kintero var.
Azadlıqda qalanlar arasında "El Menço", "El Mayo", İvan Qusman, Olaskoaga qardaşları, "El Hardinero", "El Primito" və bir çox başqaları var.
Cəmi 10-15 il əvvəl bu siyahıya "El Çapo", "El Mayo", "Z-40", Arturo Beltran Leyva, Nazario Moreno və digərləri kimi narkobaronlar daxil idi. Və hətta əvvəllər - Pablo Eskobar, "Kalidən olan cənablar", Feliks Qallardo, Amado Carrillo Fuentes, Ernesto Fonseka Karillo və s. bu cərgədə idilər.
Bu baxımdan, 2010-cu ildə “El-Mayo”nun “Proceso”ya verdiyi müsahibədən aşağıdakı sözlərini xatırlamamaq olmaz:
“Deyək ki, bir gün hökumət məni bir hücum əmri ilə tutub öldürəcək. Mənim işim hamı üçün nümunə, ibrət dərs kimi nümayiş etdiriləcək. Məni öldürəcəklər, cəmiyyətdə eyforiya dalğası başlayacaq, amma günlər, aylar keçəcək və anlayacağıq ki, heç nə dəyişməyib”.
Stopnarkotik.az