Meksika Hərbi Dəniz Qüvvələrindən narkotik əməliyyatı - 3 TON KOKAİN ƏLƏ KEÇİRİLDİ

Meksika "Hərbi Dəniz Qüvvələri" Sakit okean sahillərində 3 ton kokain daşıyan qayığı ələ keçirib.

Stopnarkotik.az bildirir ki, Meksikanın “Hərbi Dəniz Qüvvələri” personalı Sakit okean sahillərindən təxminən 200 dəniz mili uzaqlıqda üç ton kokain daşıyan açıq qayığı ələ keçirib. Hərbi Dəniz Qüvvələri gəmidə olan üç şübhəlinin saxlanıldığını bildirib.

Saxlanılan şəxslərdə 6130 funt kokain olan 80 kisə olub. Şübhəlilərin iki xarici mühərriki və içində təxminən 40 qallon benzin olan çəni olub. Müsadirə olunanlar Sakit okean sahilindəki Akapulko kurortunun cənub-şərqində Gerrero ştatında hazırlanıb.

Stopnarkotik.az