Maştağada evdən 6 min manat oğurlandı - 37 YAŞLI QADIN SAXLANILDI

Maştağada evdən 6 min manat oğurlanıb.

DİN-dən Stopnarkotik.az-a verilən xəbər görə, paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərin birindən 6000 manat oğurlanması barədə zərərçəkən polisə məlumat verib.

Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.