Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Masallı şəhəri, İntiqam Əsgərli küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə qurumun Mətbuat xidmətindən bildirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 420 kv.m. olan plastik qapı-pəncərə və qaynaq sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin içərisində plastik materiallar 20 kv.m. sahədə və lambirdən ibarət tavanı 20 kv.m. sahədə yanıb.
Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.