MASALLIDA ƏMƏLİYYAT: keçmiş məhkum saxlanıldı, 4 kiloqram narkotik götürüldü - FOTO

Masallı Rayon Polis Şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 46 yaşlı Eldəniz Abdullayev saxlanılıb.

Həmin şəxsdən ümumilikdə 4 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.