"Marşal" ləqəbli Qarabağ cəlladı öldü

Qarabağda qətliam törədən daha bir erməni cəlladı, Ermənistanın əməkdar artisti Mkrtiç Mkrtçyan ölüb. 

Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd edək ki, o, hər iki Qarabağ müharibəsində iştirak edib. Mkrtçyan 1991-ci ilin yazında "Halqa" əməliyyatı zamanı, 2020-ci il oktyabrın 2-də isə Suqovuşanda ağır yaralanıb.

"Şücaət" və "Döyüş xidmətinə görə" medalları ilə təltif edilən "Marşal" ləqəbli terrorçu 1990-cı illərdə Qarabulaq və Çaykənd qırğınlarında, 2020-ci ildə isə Füzuli, Kəlbəcər və s. Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrə komandirlik edib. 

Onun həmçninin Tərtərin Talış kəndinin işğal edilməsində də böyük rolu olub.