Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon söhbəti zamanı biz Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz, həmçinin regional və qlobal hadisələri müzakirə etdik".
Today, I received a phone call from President Emmanuel Macron (@EmmanuelMacron). During the phone conversation, we reviewed issues on the agenda of Azerbaijan–France bilateral relations and exchanged views on matters of mutual interest.
We also discussed regional and global… pic.twitter.com/3gROAA9lK4
— Ilham Aliyev (@presidentaz) May 21, 2026