Mahaçqala hava limanında iğtişaş törədən 17 nəfər həbs edilib.
Bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamaeva məlumat verib. O, bildirib ki, təqsirləndirilən şəxslər haqqında orta hesabla 1 ay 25 gün həbs qətimkan tədbiri seçilib.