Mağazaya silahlı basqın: 15 milyon avroluq qızıl-zinət əşyaları aparıldı

Parisin mərkəzində 3 naməlum şəxs günorta saatlarında "Piaget" zərgərlik mağazasını qarət edib.

Bu barədə BFM TV məlumat yayıb.

Bildirilir ki, 3 nəfər silahla zərgərlik mağazasına daxil olaraq, işçiləri hədələyib. Hücum edənlər qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.

Paris prokurorluğunun məlumatına görə, oğurlanmış əmlakın dəyəri ümumilikdə 15 milyon avroya yaxındır.

Mütəşəkkil dəstə barəsində silahlı soyğunçuluq faktı ilə cinayət işi açılıb.