Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasını çağırıb.
BELTA xəbər verir ki, tədbirdə Belarusun milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir sıra məsələlər müzakirəyə çıxarılıb.
“Dünyada və bilavasitə sərhədlərimizdə yaranmış gərgin vəziyyət, sanksiyalar təzyiqi bizə tam sakit və gələcəyə inamlı olmağa imkan vermir”, - deyən Aleksandr Lukaşenko, “NATO ölkələri israrla öz genişlənmə siyasətini irəli sürür, öz güclərini artırırlar. Belarus ətrafında hərbi mövcudluq, sərhədlərimizdə davamlı olaraq təxribat xarakterli təlimlər keçirir. Artıq bu, hərbi qulluqçular tərəfindən dövlət sərhədinin pozulması həddinə çatıb. Yaxşı, bu gün buna aydınlıq gətirəcəyik”.
Lukaşenko Polşa və Baltikyanı ölkələri hədələyib.
"Onlar öz hərəkətlərini guya Belarus ərazisindən gələn bəzi təhdidlərlə əsaslandırırlar. Polşa və Baltikyanı ölkələrin rəhbərliyi Belarusu heç vaxt olmamış və ola bilməyəcək mifik aqressiv niyyətlərdə ittiham edir", - Aleksandr Lukaşenko əlavə edib. O, bəyan edib ki, bu ölkələrin rəhbərliyi həm də “Vaqner” özəl hərbi şirkətinin əməkdaşlarının Belarus ərazisində olması ilə bağlı isteriya qızışdırır. "Onlar o yerə gəliblər ki, artıq Belarusdan dərhal çıxarılmasını tələb edirlər. Eyni zamanda, özləri də hərbi büdcələri artırır, böyük hərbi birləşmələri sərhədlərimizə çəkirlər”.
O, bununla bağlı hər hansı eyhamı istisna etmək üçün Belarus tərəfinin Polşa nümayəndələrini sentyabrın 1-də Brest vilayətində başlayacaq KTMT-nin “Döyüş Qardaşlığı - 2023” təlimlərinə müşahidəçi qismində dəvət etdiyini deyib.