Livan "Yaxın Şərqin Kolumbiyası", Hizbulah-Həsən Nəsrullah isə şiə narkobaronu...

Amfetamin ailəsindən olan kaptaqon, Yaxın Şərqdə, xüsusən gecə klubu ziyarətçiləri və terrorçular arasında məşhurdur.

Kaptagon (fenetillin) onu qəbul edən adama üç günə qədər yuxusuz qalmağa imkan verir. Kaptaqonun ləqəblərindən biri də “cihad həbi”dir. İŞİD və Hizbullah terrorçulara ağrını, qorxunu unutdurmağa və təhlükəli missiyaları yerinə yetirməyə kömək üçün kaptaqon verir.

Məsələn, İŞİD-in Parisdə “Bataclan” teatrında törətdiyi qətliamdan sonra terrorçuların otel otağında Kaptaqon həbləri tapılmışdı. Səudiyyə Ərəbistanında böyük həcmli meyvə yükündə böyük miqdarda belə həb aşkar edilmişdi. Livandan gətirilən nar meyvələrində 5 milyon kaptaqon həb gizlədilmişdi. Bu, səudiyyəliləri qəzəbləndirdi və onlar artıq Livandan mal idxal etməyəcəklərini söylədilər.

Bu, birinci dəfə deyil və ittiham barmağı Hizbullaha yönəlib. Super-terrorçu İmad Muğniyə 1990-cı ildə təşkilatın fəallarını Cənubi və Mərkəzi Amerika narkotik kartellərinə qoşulmaq üçün göndərdiyi vaxtdan bəri qeyri-leqal narkotrafiklə uzun müddətdir əlaqəsi var.

Məqsəd iranlı himayədardan asılılığı azaldan alternativ gəlir mənbəyi yaratmaq idi. Son illərdə Latın Amerikasındakı Hizbullah agentləri kokain paylama şəbəkələri yaratdılar: Meksika vasitəsilə ABŞ-a və Afrika vasitəsilə Avropaya.

Amma iş bununla da bitmir, livanlılar özləri narkotik istehsal etməyi bacarırlar. Hər şey ölkənin şərqində şiələrin çoxluq təşkil etdiyi və dünyanın ən böyük narkotik istehsalı mərkəzlərindən biri olan Bekaa vadisindən başlayır. Bir vaxtlar burada hind çətənəsi becərilirdi, lakin Hizbullah ərazini ələ keçirdikdən sonra orada tiryək xaşxaşları əkilib və külli miqdarda heroin istehsal edilir.

Hizbullahın illik büdcəsi təxminən 1 milyard dollardır. Pulun böyük hissəsi İrandan gəlir. ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) hesab edir ki, təşkilatın narkotik alveri ilə bağlı sövdələşmələri ildə 300-400 milyon dollar arasında gəlir gətirir. Ən paradoksal cəhət odur ki, Hizbullah təkcə terror təşkilatı deyil, həm də radikal müsəlman təşkilatıdır və İslamda narkotikə icazə verilmir. Deməli, şiəliyin özünün islama aid olması şübhə altındadır. Şiəlik əsliində islama aidlik keyfiyyətini çoxdan itirib, o islam maskası altında gizlənmiş ayrıca bir dindir.

Nəsrullah bu probelmin həlli yolunu müqavimət ideyasını əsas gətirərək, müqavimət üçün hər şeyin mübah olduğunu “dəlil” gətirməklə, mübarizə naminə düşmənlərə narkotik satmağı mənəvi öhdəlik edən dini hökmlər vasitəsilə tapdı.

Nəsrullahın narkotik alverinin həcmi o qədər böyükdür ki, ABŞ Dövlət Departamenti Hizbullahı dünyanın ən güclü beş cinayət təşkilatı sırasına daxil edib. İranın səxavətli köməyi ilə Nəsrullahın qlobal narkotik ticarəti hər şeydən əvvəl “qara gün üçün zəmanətli” gəlir mənbəyidir. İndiyədək ABŞ-ın ayətullah rejiminə qarşı sanksiyaları və Livandakı ağır iqtisadi böhran fonunda narkotik ticarəti qərarı qalib kimi görünür.

Bu arada, livanlılar Hizbullahın maraqlarına tam təslim olmuş durumdadırlar ki, bu da onu “Yaxın Şərqin Kolumbiyası” edir. Kolumbiyanın Eskobar və narkotik kartellərinin kabusundan qurtulmaq üçün 20 il çəkdi. Heç kim Livanı Həsən Nəsrullah adlı şiə narkobarondan tezliklə azad etməyəcək.

Stopnarkotik.az