Liman və sərhəd-keçid məntəqələrində yenilik: NARKOTRAFİK RƏQƏMSAL İZLƏMƏ SİSTEMLƏRİ İLƏ TƏQİB EDİLƏCƏK

Meksika fentanil prekursorlarının rəqəmsal izlənilmə sistemini quracaq. Stopnarkotik.az bildirir ki, bu barədə ölkənin XİN rəhbəri məlumat verib. 

Beləliklə, Meksikanın XİN rəhbəri Alisiya Barsena bildirib ki, Meksika öz limanlarında və sərhəd-keçid məntəqələrində narkotik maddələrin aşkarlanması üsulları da daxil olmaqla, fentanil prekursorlu kimyəvi maddələr üçün rəqəmsal izləmə sistemi hazırlayır.

Barsena bu barədə XİN rəhbəri qismində ABŞ-a səfəri əsnasında tədbirdə, "Biz çox mürəkkəb rəqəmsal izləmə sistemini bir araya gətiririk" ifadələri ilə məlumat  vermişdi. Meksika tərəfi həmçinin bildirir ki, narkotik maddələr tez-tez izlənilməsi çətin olan kiçik paketlər formasında daşınmalarda Meksikaya çatdırılır.

Stopnarkotik.az